Tez-tez verilən suallar

TurboDost nədir?
TurboDost turbo.az bazarını 24/7 izləyən ağıllı platformadır. Bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə qoyulan avtomobilləri avtomatik aşkarlayır və onları pulsuz Telegram kanalı vasitəsilə çatdırır.
Telegram kanalına necə qoşulmaq olar?
Kanal pulsuzdur. Qoşulmaq üçün t.me/turbodost linkini açın və 'Kanala qoşul' düyməsini basın.
Elanlar necə seçilir?
Süni intellekt və statistik analiz metodları ilə hər elanın qiyməti həmin model üçün bazar ortalaması ilə müqayisə edilir. Qiymət bazardan aşağı olduqda deal kimi işarələnir.
Bir elan artıq satılıbsa nə olur?
Elanın aktiv olub-olmadığını mütəmadi yoxlayırıq. Satılan elanlar 'SATILDI' işarəsi ilə göstərilir, lakin saytda qalır — statistika üçün faydalıdır.
Yalnız Bakı elanları göstərilirmi?
Xeyr, bütün Azərbaycan üzrə — Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdən olan elanlar da göstərilir.
Neçə vaxtda bir yeni deal yayımlanır?
Sistem hər 5-8 dəqiqədən bir turbo.az-ı yoxlayır. Yeni deal aşkarlandıqda Telegram kanalında paylaşılır.
Instagram səhifəsi ilə Telegram kanalının fərqi nədir?
Telegram kanalında deallar daha tez görünür. Instagram bir az sonra yayımlanır.
Məlumatlarım təhlükəsizdirmi?
Biz yalnız Telegram istifadəçi ID-nizi saxlayırıq. Şəxsi məlumatlar üçüncü tərəflərlə paylaşılmır.